“Azeri Light”ın qiyməti 88 dolları ötdü

azeri-lightin-qiymeti-88-dollari-otdu
Oxunma sayı: 1245

Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,36 ABŞ dolları və ya 0,41 % bahalaşaraq, 88,06 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.