2021-ci il üzrə “Azeri Light” markalı neftinin ortalama qiyməti 71,6 dollar olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat yayıb. O bildirib ki, bu göstərici 2020-ci illə müqayisədə 64 faiz artım deməkdir.
Qeyd edək ki, hazırda dünya bazarlarında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 82,49 dollardır.
“Azeri Light” neftinin bir barrelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Son xəbərlər
Son Xəbərlər