Azərin verilişində iştirakına görə tənqid edildi - Video

Azərin verilişində iştirakına görə tənqid edildi
Oxunma sayı: 7007

Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq üzvü Vüqar Nadirov sosial şəbəkələrdə tənqid hədəfinə tuş gəlib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb yığmanın keçmiş futbolçusunun TikTokda yayımlanan “Təkər” şousunda iştirak etməsidir.

Həmçinin oxuyun: Эльдар Махмудов получает пенсию около 6 тысяч манатов

Azər Zahidin aparıcılıq etdiyi verilişdə şou nümayəndələri ilə yarışan Nadirovun iştirakı izləyicilər tərəfindən yaxşı qarşılanmayıb. 

Azarkeşlər Vüqar Nadirovun bu cür verilişlərə pul qazanmaq üçün qatılmasını onun peşəkarlığına və karyerasına yaraşdırmadıqlarını bildiriblər. Tərəfdarlar keçmiş forvardın izləyicilərdən hədiyyə istəməsini də birmənalı qarşılamayıb.