“Azəriqaz” 4 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək

azeriqaz-4-rayonda-aciq-mikrofon-aksiyasi-kecirecek
Oxunma sayı: 844

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir.

“Qafqazinfo” xəbər verir ki, növbəti həftə (05-06.12.2022 və 08-09.12.2022  tarixləri) daha 4 rayonda  saat 11:00-dan 12:00-dək Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

 Aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü  Qusar rayonunda (Rəsm Qalereyasının qarşısı), 4-cü günü Xaçmaz rayonunda (Zəfər Parkı), 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

 Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.