“Azəriqaz”-dan Azərbaycan jurnalistlərinə - müraciət

azeriqaz-dan-azerbaycan-jurnalistlerine-muraciet-
Oxunma sayı: 654

“Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və onun struktur təşkilatlarının adları düzgün göstərilmir. Bəzi hallarda isə “Azəriqaz” İstehsalat Birliyinin və struktur təşkilatların məsul şəxslərinin ad və soyadları, həmçinin vəzifələri ilə bağlı yanlışlıqlara yol verilir.

Bu kimi halların qarşısını almaq məqsədilə Sizdən aşağıdakıları nəzərə almağınızı xahiş edirik:

1. “Azəriqaz” QSC və ya ASC deyil, İstehsalat Birliyidir.
2. “Azəriqaz” İstehsalat Birliyində mətbuat xidməti deyil, İctimaiyyətlə əlaqələr şöbəsi mövcuddur.
3. “Azəriqaz” İstehsalat Birliyinin məsul şəxslərinin ad və soyadları, eləcə də vəzifələri ilə bağlı hər hansı dəqiqləşdirmə aparmaq üçün qurumun İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərsiniz”.