“Azəriqaz” İB-dən Koronavirusla Mübarizəyə Dəstək

azeriqaz-ib-den-koronavirusla-mubarizeye-destek
Oxunma sayı: 2155

Məlum olduğu kimi, bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər Prezidentin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna  müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər. 

“Qafqazinfo” xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi də bu təşəbbüsə qoşularaq strateji rəhbərlərin bir aylıq vəzifə əmək haqqının 50%-i miqdarında (ümumilikdə 180 636 manat) vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.