“Azəriqaz” İB rəhbərliyi Sabirabadda vətəndaş qəbulu keçirəcək

azeriqaz-ib-rehberliyi-sabirabadda-vetendas-qebulu-kecirecek
Oxunma sayı: 1454

SOCAR “Azəriqaz” İB rəhbərliyi Sabirabad rayonunda vətəndaş qəbulu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, 13 mart saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Saatlı, İmişli və Sabirabad sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırılıb ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050 845 94 67; 021 25 5 43 59) müraciət edə bilərlər.