“Azəriqaz” rəhbəri sualları cavablandıracaq

azeriqaz-rehberi-suallari-cavablandiracaq
Oxunma sayı: 1019

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası yanvarın 14-də başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, saat 11-də başlayacaq aksiya feysbukda canlı yayımlanacaq.

Aksiya zamanı ilin yekunlarına dair vacib faktlar açıqlanacaq. 2022-ci ildə görüləcək işlərlə bağlı mühüm məlumatlar veriləcək. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.