“Azəriqaz” rəhbəri sualları cavablandıracaq

azeriqaz-rehberi-suallari-cavablandiracaq
Oxunma sayı: 892

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası mayın 6-da baş tutacaq.

 “Qafqazinfo” xəbər verir ki, saat 11:00-da start götürəcək aksiya feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

 Cari ilin aprel ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. 

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.