“Azəriqaz” rəhbərliyi Yevlaxda sahibkarlarla görüşdü - Fotolar

“Azəriqaz” rəhbərliyi Yevlaxda sahibkarlarla görüşdü
Oxunma sayı: 1002

 “Azəriqaz” İB-nin "Açıq mikrofon" aksiyası çərçivəsində "Səyyar qəbul otağı" bu dəfə Yevlax sahibkarlarının ixtiyarında olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, Birliyin digər məsul şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər.

 Sahibkarlar aksiyanın imkanlarından istifadə edərək üzləşdikləri çətinliklərdən söz açıblar. Yevlax sahibkarları ilə yanaşı, ətraf kəndlərdən, habelə Ağcabədi rayonundan da vətəndaşlar "Səyyar qəbul otağı" baş tutan ünvana üz tutublar. Ünvanlanan suallarla bağlı yerindəcə izahatlar verilib və qeydiyyata götürülüb.

Məlumat üçün bildirək ki, bu gün baş tutan aksiya ümumilikdə 31-ci, sahibkarlarla isə sayca 10-cu görüşdür.