“Azəriqaz” rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

azeriqaz-rehberliyinin-novbeti-vetendas-qebulu-kecirilecek
Oxunma sayı: 707

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun İsmayıllı rayonunda vətəndaş qəbulu keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, fevralın 21-i saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Ağsu və İsmayıllı rayonlarından olan  sakinlərin müraciətləri dinləniləcək. 

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. 

Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 070-244-58-20; 050-845-75-15) müraciət edə bilərlər.