“Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Şirvan şəhərində vətəndaşlarla görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaşların problem və təkliflərini dinləmək üçün Birliyin məsul şəxsləri ilə yanaşı, Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak ediblər.
Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov vətəndaşları aksiyanın imkanlarından maksimum şəkildə istifadə etməyə, qaz təsərrüfatına dair yaranan bütün suallara yerindəcə cavab tapmağa çağırıb.
Şirvan Telemexanika zavodunun əməkdaşı Fərzulla İbrahimov debitor borc səbəbindən zavodun qaz təchizatının dayandırıldığını bildirərək, müəyyən ödənişlər olunmaqla qaz təchizatının bərpa olunmasını xahiş edib.
Məsələ ilə bağlı dərhal Birlik rəhbərliyinə məlumat verilib. Rəhbərliyin tapşırığı ilə daxil olan müraciət yerindəcə həllini tapıb, zavodun qaz təchizatında yaranan fasilə aradan qaldırılıb.
Məlumat üçün bildirək ki, bu gün təşkil olunan aksiya sayca ümumilikdə 49-cu, sakinlərlə isə 25-ci görüşdür.





Son xəbərlər
Son Xəbərlər