“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

azeriqazda-media-ve-qht-numayendeleri-ile-novbeti-gorus-olacaq
Oxunma sayı: 690

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası sentyabrın 30-da baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, saat 11:00-da başlayacaq aksiya feysbukla canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (bloqer) bu tədbirə dəvətlidir.