“Azəriqaz”dan abonentlərə xəbərdarlıq!

azeriqazdan-abonentlere-xeberdarliq
Oxunma sayı: 5963

“Azəriqaz” İstehsalat Birliyinin informasiya sisteminin proqram təminatında yenilənmə işlərinin keçirilməsi nəzərdə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən İTRON smart kart ödənişi istisna olmaqla, digər ödəniş sistemi 07.04.2024-ci il saat 01:00-dan 07.04.2024-cü il saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.

Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (Zenner smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur.