“Qafqazinfo” xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb. Həmçinin hadisə yerindən foto da paylaşılıb. Məlumatda bildirilir ki, aksiyaya səbəb qar yağandan sonra rayona qaz və istilik sisteminin verilməməsidir.
***
Azəriqaz-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Araz Ağayev Müşfiqabad qəsəbəsində sakinlərin qazının kəsilməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Araz Ağayev “Qafqazinfo” ya açıqlamasında bildirib ki, hazırda Müşfiqabad qəsəbəsinin qazla təminatında heç bir problem yoxdur: “ Bir neçə gün bundan əvvəl nəinki Müşfiqabad qəsəbəsinə, o cümlədən bəzi rayonlara da qazın verilməsində məhdudiyyətlər yaranmışdı. Bu da magisrtal xətdə aparılan təmir işləri ilə əlaqədar idi. Həmin yazıya əlavə edilən şəkil də o zaman çəkilib. Bu günə aidiyyatı yoxdur”
Son xəbərlər
Son Xəbərlər