“Azəriqaz”dan Usubovun istixanası ilə bağlı - Açıqlama

azeriqazdan-usubovun-istixanasi-ile-bagli
Oxunma sayı: 4672

“Azəriqaz” Ramil Usubovun oğlu Raul Usubova məxsus istixanaya borc yazılmasına görə məhkəmə prosesi ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo” həmin açıqlamanı təqdim edir:

“Bəzi Kütləvi İnformasiya Vasitələrində “Azəriqaz” İB ilə istixana sahibi arasında məhkəmə prosesi ilə bağlı məlumatlar dərc olunur və bu prosesdə qarşı tərəfin kimliyi məsələnin mahiyyətindən daha çox qabardılır. Bildiririk ki, məhkəmə predmeti olan mübahisələrdə abonentlərin məxfiliyi Birlik tərəfindən birmənalı olaraq qorunur.

“Azəriqaz” İB-nin abonentlərin qohumluq əlaqələrini təftiş etmək kimi niyyət və məqsədi yoxdur. Çünki şəxslərin kimliyi hansısa tərəfə əlahiddə üstünlük vermir. İstənilən mübahisələr məhkəmələrin çıxardığı qərarla tənzimlənir”.

Qeyd edək ki, bu gün "Kriminalqafqaz" portalında keçmiş daxili işlər naziri general-polkovnik Ramil Usubovun oğlu, Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinin rəisi polkovnik Raul Usubova məxsus istixana kompleksində külli miqdarda qaz borcu yaranması ilə bağlı xəbər yayımlanıb.

Həmçinin oxuyunRamil Usubovun rəis oğlu 50 min cərimələnib