“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

azeriqazin-aciq-mikrofon-aksiyasi-davam-edir
Oxunma sayı: 1423

“Azəriqaz” növbəti həftə daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Hacıqabul rayonunda (İsmət Qayıbov küçəsi 15), 2-ci günü  saat 12:00-dan 13:00-dək Saatlı rayonunda (Gənclər Mərkəzinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Sabirabad rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Neftçala rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.