“Azəriqaz”ın baş direktoru onu təqaüdə göndərdi

azeriqazin-bas-direktoru-onu-teqaude-gonderdi
Oxunma sayı: 3106

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin fevralın 24-də imzaladığı əmr ilə Birliyin İnsan resursları şöbəsinin rəisi Narxanım Həmid qızı Səmədova yaşa görə təqaüdə çıxıb. 

"Qafqazinfo" xəbər verir ki, N.Səmədova öz ərizəsi ilə işdən ayrılıb. 

Qeyd edək ki, Narxanım Həmid qızı Səmədova “Azəriqaz” İstehsalat Birliyinin İnsan resursları şöbəsində rəis vəzifəsində 2009-cu ildən çalışırdı.