“Azəriqaz”ın baş direktorunun Şirvanda vətəndaş qəbulu keçiriləcək

azeriqazin-bas-direktorunun-sirvanda-vetendas-qebulu-kecirilecek
Oxunma sayı: 1172

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Şirvan şəhərində vətəndaş qəbulu keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, 13 iyul saat 11:00-da Şirvan Gənclər Evində (Naxçıvan küçəsi, 1B) baş tutacaq görüş zamanı Şirvan və Hacıqabul sakinlərinin müraciətləri dinləniləcək. 

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinə (tel: 021 216 05 14) müraciət edə bilərlər.