Yevlax rayon sakini bədbəxt hadisənin qurbanı olub.
“Qafqazinfo” xəbər verir ki, Rayon Prokurorluğundan ans press-ə verilən məlumata görə, Azəriqaz İstehsalat Birliyinin əməkdaşı- şəhər sakini 1971-ci il təvəllüdlü Ələddin Seyfəddin oğlu Hacıyev Cırdaxan kəndindəki elektrik yarımstansiyasının yaxınlığında təmir işləri aparakən ehtiyatsızlıqdan yarımstansiyasının qadağan edilmiş ərazisinə girib. Ərazidən keçən yüksək gərginlikli cərəyan onu vurub. 45 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Mərhumun iki övladı var.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər