“Azəriqaz”la bağlı müraciətlər azalıb

azeriqazla-bagli-muracietler-azalib
Oxunma sayı: 1587

2021-ci ilin ikinci rübündə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələləri Tənzimləmə Agentliyinə bilavasitə və Energetika Nazirliyindən 1714 müraciət daxil olub. 

"Qafqazinfo" xəbər verir ki, təbii qaz təchizatı ilə bağlı 12-si məlumat üçün olmaqla, cəmi 171 müraciət daxil olub.

Bu, 1-ci rüb ilə müqayisədə 170 müraciət və ya 49,8 faiz azdır.