“Azərişığ”ın işçisini cərəyan vurub öldürdü

azerisigin-iscisini-cereyan-vurub-oldurdu
Oxunma sayı: 1572

Kürdəmirdə “Azərişıq” ASC-nin işçisini elektrik cərəyanı vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə dekabrın 9-da şəhərin mərkəzi küçələrinin birində baş verib.

Belə ki, Kürdəmir rayon “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi, Xırdapay kənd sakini 1968-ci il təvəllüdlü Xəlilov Əhliman Aydın oğlunu elektrik cərəyanı vurub. Ə.Xəlilov hadisə yerində dünyasını dəyişib.

Onun meyiti tibbi müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli