“Azərişığ”ın sədri Siyəzəndə qəbul keçirib

“Azərişığ”ın sədri Siyəzəndə qəbul keçirib
Oxunma sayı: 967

Yanvarın 23-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Siyəzəndə vətəndaşları qəbul edib.

ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qəbulda Siyəzən və Xızı rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Əhalinin müraciətlərini dinləyən Vüqar Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.

Qurumun fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi