“Azərişığ”ın sədri Zaqatalada, müavini Qaxda qəbul keçirdi

“Azərişığ”ın sədri Zaqatalada, müavini Qaxda qəbul keçirdi
Oxunma sayı: 626

19 iyulda “Azərişıq” ASC-nin rəhbərliyi şimal-qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib. 

“Qafqazinfo” xəbər verir ki, "Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov Zaqatalada 22-yə yaxın vətəndaşı qəbul edib.

ASC-nin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbullarda Qax, Zaqatala, Balakən ve Şəki rayonlarından olan hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən “Azərişıq” ASC-nin rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək. 

Eyni zamanda, “Azərişıq” ASC-nin sədrinin müavini Ramil Yusifov Qaxda (Qax və Şəki sakinləri üçün) 14 vətəndaşın müraciətlərini dinləyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi