“Azərişıq” 3 günə 850 müraciətə baxıb

azerisiq-3-gune-850-muraciete-baxib
Oxunma sayı: 1571

“Martın 20-22-i tarixlərində – Novruz bayramı günlərində “Azərişıq” ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb”.

"Qafqazinfo" xəbərt verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilir.

Bu müraciətlərin hamısı öz həllini tapıb:

“Azərişıq” rəhbərliyi başda olmaqla bütün əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır. Bayram günlərində olduğu kimi hazırda da ölkə ərazisində elektrik enerjisi təchizatının dayanıqlığı qaydasındadır. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, “Azərişıq” ASC-nin facebook, instagram sosial şəbəkələri yaxud, whatsapp (+994772176762) vasitəsi ilə sual, şikayət və təklifləri cavablandırılır”.