“Azərişıq” ASC Almaniyanın Hannover şəhərində keçirilən “HANNOVER MESSE-2022” sərgisində təmsil olunub.
Bu barədə “Qafqazinfo”ya ASC-nin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, qurum təmsil etdiyi stenddə iki istiqamətdə təqdim olunub. Sərgi ziyarətçilərinə Şuşa şəhərində yeni Rəqəmsal İdarəetmə Mərkəzi və müasir ikipilləli 35/0,4kV-luq şəbəkənin tətbiqi, 110/35/0,4 kV-luq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi və s. barədə təqdim olunub.
Eləcə də, “Azərişıq” ASC-nin ölkə əhalisini fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və yüksək səviyyəli xidmət göstərmək məqsədilə son illərdə həyata keçirdiyi yeni innovativ fəaliyyətin istiqamətləri, o cümlədən genişmiqyaslı yenidənqurma və təmir işləri, ağıllı (smart) sayğacların quraşdırılması, yeni yarımstansiyaların və Transformator Mərkəzlərinin tikintisi haqqında video çarx və bülletenlər ziyatəçilərin diqqətinə çatdırıb.
Qeyd olunan sərgidə energetika sahəsinə dair rəqəmsal enerji, enerji səmərəliliyi, yaşıl enerji həlləri, neytral karbon istehsalı və enerji təchizatı, hidrogen və yanacaq məhsullarının istismarı kimi mövzular əhatə olunub.
Sözügedən tədbirdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti digər sərgi iştirakçıları Katko, Shandong, b2Eelectronics, Industria Metalurgica şirkətləri ilə eyni bölmədə yer alıb.


Son xəbərlər
Son Xəbərlər