“Azərişıq” ASC-də Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı tədbir - Foto

azerisiq-asc-de-heyder-eliyevin-anadan-olmasinin-ildonumu-ile-bagli-tedbir
Oxunma sayı: 1512

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə konfrans keçirilib.

Tədbiri giriş sözü ilə “Azərişıq” Sədrinin müşaviri, “Azərişıq” YAP təşkilatının sədri Tanrıverdi Mustafayev açıb: “Gələcək nəsillər üçün ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti örnək olacaq”.

Daha sonra çıxış edən “Azərişıq” sədrinin köməkçisi Xalid Təhməzov H. Əliyevin iqtisadiyyatın bütün sahələri ilə yanaşı, energetika sahəsinə də diqqət və qayğı ilə yanaşmasından danışıb: “Hələ Sovet dönəmindən ümummilli liderimizin təşkilatçılığı sayəsində Azərbaycanın elektroenergetikası iri addımlarla inkişaf edib”.

Tədbir zamanı Strateji Araşdırma və Planlaşdırma şöbəsinin rəis müavini Elşən Məmmədov, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin baş mütəxəssisi Elvin Şıxaliyev, İşlər idarəsinin baş mütəxəssisi  Asəf Qasımov, mətbuat xidməti rəhbərinin müavini Pərvanə Kazımzadə də çıxış ediblər. 

Çıxışlarda sovet dövrünün çətinlikləri şəraitində Heydər Əliyevin öz xalqı üçün gördüyü qiymətli işləri xatırladılaraq, milli kadrların yetişdirilməsi və onların siyasi idarəçilik institutlarında yerləşdirilməsinin əhəmiyyəti haqqında söhbətlər aparılıb.