“Azərişıq” ASC koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində dezinfeksiya işləri aparıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, martın 10-da ASC-nin inzibati binasında, cəmiyyətin region və rayon elektrik şəbəkələrində, tədris mərkəzlərində, Nəqliyyat və Texniki-Təminat İdarəsinin inzibati binasında, 199 saylı çağrı mərkəzinin inzibati binasında dezinfeksiya işləri həyata keçirilib və proses mütəmadi davam etdirilir.


Son xəbərlər
Son Xəbərlər