“Azərişıq” ASC Bərdənin Mehdili kəndində əsaslı şəkildə yenidənqurma işləri aparır.
Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, 320 abonenti olan kənddə yenidənqurma işlərinə başlanılıb. Uzun zaman istismar müddətini keçmiş köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranıb.
Kənddə elektrik enerji sistemini yenidən qurmaq məqsədi ilə dayaqlar, elektrik veriliş xətləri yenilənir, komplekt transformator məntəqələri quraşdırılır. İşlər başa çatdıqdan sonra istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq və elektrik enerjisi itkilərinin qarşısı alınacaq.
Həmçinin 1980-ci ildə istifadəyə verilmiş 35/10 kv-luq “Yeni Həyat” yarımstansiyasında da yenidənqurma işləri aparılır.
Qeyd edək ki, yarımstansiya Yeni Daşkənd, Şatırli, Kürdborakı, Nazırlı, Qazaxlar, Hacılı kəndlərini və bir Hərbi hissəni elektrik enerjisi ilə təchiz edir.
Son xəbərlər
Son Xəbərlər