“Azərişıq” daha 6 xidməti elektronlaşdırdı

azerisiq-daha-6-xidmeti-elektronlasdirdi
Oxunma sayı: 1968

“Azərişıq” ASC göstərdiyi xidmətləri onlayn platformaya inteqrasiya etməkdə davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, bununla da vətəndaşların olduğu yeri tərk etmədən, vaxt itkisi olmadan “Azərişıq” ASC-nin xidmətlərindən yararlanmaq imkanınları genişləndirilir. Bunun üçün əhali və qeyri-əhali abonentləri e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət edə bilərlər. Aşağıda qeyd edilən 6 yeni xidmət “Azərişıq” ASC-nin elektron xidmətlərinə əlavə edilib.

          Əlavə edilən yeni xidmətlər

-Borcun olmaması barədə sənədin verilmə müraciətlərinin qəbulu 

- Əhali və Qeyri-Əhali istehlakçısının aktiv və passiv edilməsi barədə elektron müraciət   

- Elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri  

- İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi   

- Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu   

- YÜK HESABATININ hesablanması   

          İndiyədək mövcud olan elektron xidmətlər  

- Abonentin geniş tarixçəsinin verilməsi   

- Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması   

- Əhali istehlakçısının ad dəyişdirilməsi 

- Əhali və Qeyri-Əhali abonentinin sayğac zədələnməsinin araşdırılması  

- Enerji haqlarının internet vasitəsi ilə ödənilməsi  

- Qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması