“Azərişıq” əməkdaşları çətin hava şəraitində iş başında - Video

azerisiq-emekdaslari-cetin-hava-seraitinde-is-basinda
Oxunma sayı: 3375

“Azərişıq” ASC-nin əməkdaşları qeyri-sabit hava şəraitində fəaliyyətlərini davam etdirir. 

Qurumdan "Qafqazinfo"ya bildirilib ki, qarlı, şaxtalı havada elektrik enerjisinin verilişində yaranan qəzalar aradan qaldırılır.

Xüsusilə ucqar dağ kəndlərində işlərin çətinliyinə baxmayaraq, qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir. 

Onu da qeyd edək ki, öncədən bütün ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmləri cəlb edilib.