“Azərİşıq” Gəncə İH-nin təşəbbüsünə qoşulub - Foto

azerisiq-gence-ih-nin-tesebbusune-qosulub
Oxunma sayı: 987

Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Yardım aksiyası Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən aksiyaya “Azərİşıq” ASC-nin Qərb Regional İdarəsi də qoşulub. Belə ki, idarə tərəfindən Gəncədə yaşayan yaşı 65-dən yuxarı təhna şəxslərə və yaşayış gəlirləri aşağı olan ailələrə sovqat paylanılıb.

Yardımların paylanılmasında “Azərİşıq” ASC-nin Qərb Regional İdarəsinin əməkdaşları yaxından iştirak ediblər. Bağlamaların çatdırıldığı ünvanlarda sakinlərlə maarifləndirici söhbətlər aparılıb, koronavirus infeksiyasının səbəb olduğu bu çətin günlərdə insanların biri-birinə dəstək olmalarının vacibliyi vurğulanıb. Xüsusi ilə Ramazan ayında ehtiyac sahiblərinin ziyarət edilməsi, yardımlaşmağın və digər xeyirxah əməllərin icrasının önəmindən söz açılıb.

“Azərİşıq” ASC-nin Qərb Regional İdarəsi tərəfindən ümumilikdə 50 aztəminatlı ailə, o cümlədən tənha ahıl şəxsə yardım paylanılıb. Yardım alan sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.