Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Azərişıq” ASC tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
"Qafqazinfo" xəbər verir ki, prezident İlham Əliyevin ölkəmizdə ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin “Azərişıq” ASC-də yaranmış ənənəyə uyğun olaraq növbəti güləkmə aksiyası Bakı şəhərinin Zirə Mədəniyyət Mərkəzi - Eko-Park ərazisində keçirilib, 20 mindən artıq gül əkilib.
Əkilən güllərin mühafizəsi və onlara mütəmadi qulluq göstərilməsi məqsədilə bütün zəruru tədbirlər görülüb. “Azərişıq” ASC-nin əməkdaşları bu xeyirxah və nəcib tədbirlərdə hər zaman yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.
Son xəbərlər
Son Xəbərlər