“Azərişıq” hesabat verdi

azerisiq-hesabat-verdi
Oxunma sayı: 1831

“Azərişıq” ASC-nin Sədri Vüqar Əhmədovun sədrliyi ilə 2019-cu ilin yekunlarına dair Departament direktorları, İdarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı İdarələri rəislərinin iştirakı ilə toplantı keçirilib.

“Qafqazinfo”nun məlumtına görə, toplantıda 2019-cu ilin iqtisadi yekunları ilə bərabər 2020-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr də müzakirə olunub.

Toplantıda çıxış edən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov öncə son 5 il  ərzində görülən quruculuq işlərindən danışıb. Sədr çıxışında xüsusi vurğulayıb ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan elektroenergetikası bu gün Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə daha da sürətlə inkişaf etməkdədir.

Daha sonra Cəmiyyətin sədri qarşıda duran vəzifələrdən də söz açıb. Toplantı iştirakçılarına ayrı-ayrılıqda öz tövsiyyə və tapşırıqlarını verib.

Digər məruzəçilər də görülən işlər haqda hesabat verərək, tapşırıq və öhdəliklərini uğurla başa çatdıracaqlarına əminlik ifadə ediblər.

2015-2019-cu illər ərzində aşağıdakı işlər yerinə yetirilib: 

- 110 kV-luq YS-nın tikintisi – 41 ədəd;
- 35 kV-luq YS-nın tikintisi – 110 ədəd;
-  10-6 kV-luq TM-in tikintisi – 135 ədəd
- 10-6 kV-luq KTM-in tikintisi – 3.943 ədəd
- Müxtəlif gərginlikli EVX-lərin çəkilməsi  – 35.505 km
- 110 kV-luq YS təmiri – 42 ədəd 
- 35 kV-luq YS təmiri – 258 ədəd 
-  10-6 kV-luq TM və KTM-lərin təmiri – 12.300 ədəd 
- Müxtəlif gərginlikli EVX-lərin təmiri – 22.000 km

- 590 yaşayış məntəqəsinin 0,4 kV-luq elektrik şəbəkələri tam yenidən qurulub.

- Gücü 55 MVt təşkil edən Yeni Yaşma və Şurabad qəsəbələrində külək elektrik stansiyaları bərpa olunaraq elektrik şəbəkələrinə qoşulub.

- Hazırda Bakı şəhəri, Binəqədi rayonunda 110/35/6 kV-luq 91 saylı, Ağsu rayonunda “Ağabəyli”, Quba rayonunda “Rustov”, İmişli rayonunda “Muğanlı” və “Aranlı”, Şamaxı rayonunda “İqamətgah” 35 kV-luq yarımstansiyaların tikintisi aparılır.

2020-ci ildə 77 kəndin 0,4 kV-luq elektrik şəbəkələrinin yenidənqurulması nəzərdə tutulur ki, hazırda 20 kənddə bu istiqamətdə işlər davam etdirilir.

Hər region üzrə 5 ədəd 35 kV-luq yarımtansiyanın əsaslı təmir işlərinin aparılması planlaşdırılıb.

27 ədəd dağ kəndinin elektrik şəbəkələrinin yenidənqurulması üçün layihə işləri aparılır.