“Azərişıq” Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir - Video

azerisiq-kelbecerde-yenidenqurma-islerini-davam-etdirir
Oxunma sayı: 1919

“Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, işlər çərçivəsində 23 km-dan artıq 35 kV-luq “İstisu-Alagöllər” birdövrəli kabel xətti çəkilib.

12 km-dan çox 35 kV-luq “Çaykənd-Zod” kabel xəttinin çəkilməsi istiqamətində layihələndirmə işləri tamamlanıb, xəttin 7 km-dan artıq hissəsi çəkilib və bu istiqamətdə işlər davam etdirilir.