“Azərişıq” kəskin hava şəraitində abonentləri işıqsız qoymadı

azerisiq-keskin-hava-seraitinde-abonentleri-isiqsiz-qoymadi
Oxunma sayı: 1580

Bu gün güclü qar yağması nəticəsində Lerikin rayonunun Hücü və Dico kəndlərinə gedən elektrik naqillərində qəza baş verib və elektrik enerjisinin verilişində fasilə yaranıb.

“Azərişıq” ASC -dən “Qafqazinfo”ya verilən məlumata görə, artıq həmin kəndlərdə elektrik enerjisi bərpa edilib.

Qarlı, şaxtalı havada dağlıq ərazidə yerləşən kəndlərə avtomobillə hərəkət etmək mümkün olmayıb. Bu səbəbdən “Azərişıq” əməkdaşları mal-material təchizatı ilə birlikdə 8 km-lik yolu piyada qət edərək baş vermiş qəzanı aradan qaldırıblar.

Qeyd edək ki, Hücü kəndinin 8, Dico kəndinin 25 abonenti var.