“Azərişıq” küləklə bağlı gücləndirilmiş rejimə keçib

azerisiq-kulekle-bagli-guclendirilmis-rejime-kecib
Oxunma sayı: 700

“Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) güclü külək başlayıb və baş verə biləcək kəsinti və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC önləyici tədbirlər görür”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, hazırda işlər gücləndirilmiş rejimdə davam etdirilir:

“Əməkdaşlarımız və texnikamız hazır vəziyyətdədir. Baş verə biləcək hər-hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.