“Azərişıq” mükafata layiq görüldü

azerisiq-mukafata-layiq-goruldu
Oxunma sayı: 4560

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Azərşiq” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, “Azərişıq” ASC-nin “Ağıllı Şəbəkələrin Baş İdarəetmə Mərkəzi”nin Çağrı Mərkəzi fəxri diploma layiq görülüb.

Qeyd olunub ki, “Azərişıq” ASC-də əməyin mühafizəsi, leqallaşdırılması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, işəgötürənlərin və işçilərin hüquqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələr uğurla icra olunub.