“Azərişıq” onlayn qoşulmanı təqdim etdi

azerisiq-onlayn-qosulmani-teqdim-etdi
Oxunma sayı: 2221

Elektrik şəbəkəsinə onlayn qoşulma xidmətinin tətbiqi ilə bağlı bu gün “Azərişıq” ASC-də təqdimat olub.

"Qafqazinfo" xəbər verir ki, “Azərişıq” ASC sədrinin müşaviri Fərrux Heybətov və “Azərişıq” ASC-nin İKT departamentinin rəhbəri Qalib Həmidov yeniliklərlə bağlı məlumat verib.

Yeniliyə əsasən sahibkar olduğu məkanı tərk etmədən, elektron formada obyektini enerji təchizat şəbəkəsinə qoşa bilər. Abonentin onlayn müraciəti 20 gündən gec olmayaraq reallaşır və obyekti elektrik enerjisi ilə təmin edilir.

Bu sistem digər dövlət qurumları ilə inteqrasiyada olduğundan müraciət edən sahibkar özünə aid məlumatları ümumi bazadan götürə bilər. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin kordinatları və obyektə ən yaxın Transformator Məntəqəsi avtomatik müəyyənləşir. Bununla da, sahibkar 150 kvt-a qədər tələb olunan gücü müəyyənləşdirərək qoşulma haqqını hesablayır və onlayn qaydada ödəniş edir. Elektron müraciət avtomatik icra olunur və 20 gündən gec olmayaraq sahibkarın obyekti elektrik enerjisi ilə təmin edilir.