“Azərişıq” regionlarda yenidənqurma işlərinə başlayır

azerisiq-regionlarda-yenidenqurma-islerine-baslayir
Oxunma sayı: 1054

"Azərişıq" 2019-cu ilin Tədbirlər Planı əsasında regionlarda yenidənqurma və əsaslı təmir-tikinti işlərinə start verir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu gün Aran regional enerji təchizatı və satışı idarələrinin inzibati ərazilərində Beyləqan rayonu ərazisinə avadanlıqlar yola salınıb:

"Mütəmadi olaraq on gündən bir bütün rayon, kənd və qəsəbələr üzrə enerji təchizatı və satışı davam etdiriləcək. 2018-ci ildə 119 kənddə 0,4kV-luq şəbəkələrdə yenidənqurma işləri aparılıb, tam şəbəkələr sıfırdan qurulub. Bu istehlakçıların elektrik verilişi xətləri yenilənib. Ağac dayaqlar dəmir beton dayaqlarla əvəzlənib. Bu gün gördüyünüz kimi dəmir beton dayaqlar, elektrik veriliş və kabel xətləri birbaşa Beyləqan rayonuna yola salınıb. Rayonun bir neçə kəndində artıq yenidənqurma işləri aparılıb. Beyləqan rayonu ərazisində "Beyləqan-1" 110kV-luq yarımstansiyası yaxın vaxtlarda istismara veriləcək. Bu proses il ərazində bütün regionlarda həyata keçiriləcək".