“Azərişıq” rəhbərliyi Qax və Şəkidə qəbul keçirəcək

azerisiq-rehberliyi-qax-ve-sekide-qebul-kecirecek
Oxunma sayı: 1235

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov 16 iyun saat 10:00-da Qax şəhərində Qax və Şəkidən olan vətəndaşları qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, qəbul “Azərişığ”ın Qax şəhəri, Heydər Əliyev prospekti 2 ünvavında yerləşən inzibati binasında keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Qax Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn qaydada isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.