“Azərişıq” sədrinin müavini Xırdalanda vətəndaşları qəbul edib

azerisiq-sedrinin-muavini-xirdalanda-vetendaslari-qebul-edib
Oxunma sayı: 2443

Bu gün “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov Xırdalanda vətəndaşları qəbul edib. "Qafqazinfo"ya daxil olan məlumata görə, Xırdalandakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Abşeron rayonu və Sumqayıt şəhərinin sakinləri iştirak ediblər.

Qəbul zamanı “Azərişığ”ın fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənib. R.Yusifov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə öz həllini tapıb.

Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişığ”ın fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.