Karantin rejimində maddi ehtiyacı olan Şimal və Qərb regionlarının sakinlərinə “Azərişıq” ASC əməkdaşları tərəfindən ərzaq sovqatları paylanılıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə və aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.
Şimal regionunda Quba və Xaçmaz rayonu, Qərb regionunda isə Gəncə şəhəri, Samux,Tovuz,Göygöl,Ağstafa,Daşkəsən,Gədəbəy,Qazax və Şəmkir rayonlarının müxtəlif qəsəbə və kəndlərində həyata keçirilən bu sosial aksiyadan maddi ehtiyacı olan 700-dən çox ailə faydalanıb.
#Evdəqal çağırışı dövründə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olan şəxslərə maddi və mənəvi dəstək olmaq məqsədi daşıyır və digər regionlarda da davam etdiriləcək.



Son xəbərlər
Son Xəbərlər