“Azərişıq” ASC Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələrini yenidən qurur.
“Qafqazinfo” xəbər verir ki, külək və digər təbii hadisələrə davam gətirmək gücündə olmayan elektrik hava xətlərinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb.
Yanvar-mart ayları ərzində Hacıqabul rayonu ərazisində inşa edilən 110/35/10 kV “Qarasu” yarımsatansiyasının tikintisi yekunlaşır. 35 kV-luq “Pirsaat” yarımstansiyası tikilərək yenidən qurulub.
Eyni zamanda Pirsaat kəndində 4,4 km məsafədə yeni 6 kV-luq hava xəttinin, 10.19 km məsafədə ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabel xəttinin çəkilməsi və 8 ədəd yeni komplekt transformator məntəqəsinin quraşdırılması prosesi yekunlaşıb.
Sabirabad rayonunun Cavad kəndində isə 110/35/10 kV-luq “Cavad” yarımstansiyası tikilir. Bununla yanaşı Sabirabad rayonunun Beşdəli kəndində yeni komplekt transformator məntəqələri quraşdırılır. Həmçinin hal-hazırda Azadkənd, Beşdəli və Əlicanlı kəndlərində 0,4 kV-luq hava xətləri yenidən qurulurur. Artıq Əlicanlı kəndində 9,5 km məsafədə, Azadkənd kəndində 24,5 km məsafədə açıq naqillər ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabellə əvəz olunub.
Salyan rayonunun Dağüstü kəndində 6 kV-luq Düyəçilik hava xətti 5,3 km məsafə yenidən qurulub.
Saatlı rayonununda isə hazırda Heydərabad-Əhmədbəyli və Dədə Qorqud kəndlərində 0,4 kV-luq hava xətlərinin yenidən qurulması işləri aparılır. Artıq Heydərabad-Əhmədbəyli kəndində 1,4 km, Dədə Qorqud kəndində 1,2 km məsafədə açıq naqillr ÖİN kabellə əvəz olunub.
Son xəbərlər
Son Xəbərlər