“Azərişıq” təmirə başladı

azerisiq-temire-basladi
Oxunma sayı: 1769


Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, Qərb RETSİ-nin struktur tərkibinə daxil olan Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa elektrik şəbəkələrinin hər birini qısa müddətdə ən keyfiyyətli və müasir vəziyyətə gətirilməsi qarşıya məqsəd kimi qoyulub. Gəncə şəhərində 35/6 kV-luq "Nizami" yarımstansiyasının tikintisi və avadanlıqların quraşdırlması işləri sürətləndirilib. Gəncə şəhərində tikintisi aparılan 35 kV-luq yarımstansiya binasının dizayn xüsusiyyətlərində yerli memarlığın bütün cəhətləri nəzarə alınıb. Həm qədim, həm də müasir binaların memarlıq incilərini özündə cəmləşdirən yeni binada ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nəaliyyətlər tətbiq ediləcək. Bütün ekoloji standartlara uyğun olan yarımstansiyanın ətrafında da abadlıq işləri aparılır, floranın zənginləşməsi əsas şərt kimi nəzərdə saxlanılır. Yarımstansiyada 24 ədəd 35 kV-luq, 28 ədəd 6 kV-luq muasir tipli vakuum və elegaz açarlarla təchiz olunmuş kameralar,356 kV-luq hər birinin gücü 25 MVA olan iki ədəd transformatorun quraşdırılması nəzərdə tutulub. Qərb RETSİ xidməti ərazisinə daxil olan Gədəbəy rayonunda 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasının tikintisinin sürətli icrasına başlanılıb. Burda da ən yüksək texnoloji nailiyyətlərdən istifadə edərək avadanlıqların quraşdırılması nəzərdə tutulub. Daşkəsəndə isə 35/10kV-luq blok yarımstansiyanın quraşdırılmasına başlanılıb. Hazırda yarımstansiyanın təməli qoyulub və ərazi hasarlarla əhatələnib. Bunlardan başqa Qərb RETSİ üzrə qısa müddət ərzində 110 ədəd komplekt transformator məntəqəsi quraşdırılmış, onlardan 93 ədədi elektrik şəbəkəsinə qoşularaq istismara verilib. Keyfiyyətin artırılması üçün kabel xətləri və könəlmiş dayaqlar yeniləri ilə əvəzlənib. Təmir işləri zamanı 10 və 0,4 kV-luq yeni dəmir-beton dayaqlar basdırılmış, istismar müddətini bitirmiş və təhlükəli vəziyyətdə olan ağac və sınıq-salxaq beton dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəz edilib.