“Azərişıq” ASC Abşeron rayonunun qəsəbələrinin elektrik şəbəkələrində yenidənqurma işlərini davam etdirir.
Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda bütün qəsəbələrdə növbə ilə istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi gedir. 2015-ci il aprel ayından 2016-cı il aprel ayına qədər olan tarixdə Xırdalan ETSİ –nin xidməti əraziləri olan Xırdalan şəhərində, Masazır, Hökməli, Qobu, Aşağı Güzdək, Müşviqabad və 28 May qəsəbəsində, Qobustan və Cəngi kəndində, Mexkalon yaşayış sahəsində xeyli işlər görülüb.
“İnkişaf və Yenidənqurma proqramı”na əsasən Xırdalan şəhərində 52 ədəd transformator quraşdırılıb, 15 ədəd müxtəlif güclü transformatorların gücləri artırılaraq yenisi ilə əvəzlənib.
Son xəbərlər
Son Xəbərlər