“Azərişıq” Xaçmazın daha 7 kəndində yenidənqurma işlərini yekunlaşdırdı - Video

azerisiq-xacmazin-daha-7-kendinde-yenidenqurma-islerini-yekunlasdirdi
Oxunma sayı: 1508

“Azərişıq” ASC tərəfindən həyata keçirilən yenidənqurma layihəsi çərçivəsində bütün regionlarda olduğu kimi Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin ərazisinə daxil olan kəndlərdə də genişmiqyaslı işlər davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, Xaçmaz rayonunda artıq 7 kənddə – Yürgüc, Əhmədoba, Hacıəhmədoba, Sərkərli, Üçgün, Padar və Armudpadar kəndlərində işlər yekunlaşıb. 

Uzunoba, Xanoba və Şıxlı kəndlərində isə işlər davam etdirilir.

İşlərin yekunlaşdığı kəndlərdən biri də Xaçmazın 600-ə yaxın abonenti olan Yergücdür. Yenidənqurma işləri çərçivəsində 7 KTM, 150-ə yaxın 10 kv dayaq və 15 km-dən artıq 10 kv-luq kabel xətti həmçinin 900-ə yaxın 0.4 kv dayaq, 20 km uzunluğunda 0.4 kv-luq sip kabel xətti çəkilib. Köhnə elektrik şəbəkəsinin kənd sakinləri üçün yaratdığı problemlər geridə qalıb.

Hacıəhmədoba kəndində də yenidənqurma işləri başa çatıb. Abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün yeni KTM-lər quraşdırılıb, köhnə dayaqlar yenisi ilə əvəzlənib, eyni zamanda kabel xətləri də müasirləri ilə əvəz olunub.

Digər kəndlərdə də yenidənqurma işləri yekunlaşdıqdan sonra Xaçmaz rayonunda ümumilikdə 15 minə yaxın sakin keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq.