Martın 6-da ölkənin qərb və cənub rayonlarında əsən güclü külək və qasırğa səbəbindən bəzi yerlərdə elektrik xətlərinin dayaqları aşıb.
“Azərişıq”dan “Qafqazinfo”ya verilən məlumata görə, nəticədə bəzi kəndlərin elektrik enerji verilişində fasilə yaranıb.
Qəzanın baş verdiyi yerlərə dərhal “Azərişıq” ASC-nin mal-materiallarla təchiz edilən “Qəza xidməti” cəlb edilib.
Hazırda işlər sürətlə davam etdirilir. Regionun həmin ərazilərində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilməkdədir.
Son xəbərlər
Son Xəbərlər