Saatlı rayonunda elektrik kabeli oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə fevralın 17-də rayonun Qarcalar kəndində baş verib. Saatlı rayon Elektrik Şəbəkəsinə məxsus elektrik kabelinin 100 metrlik hissəsi kəsilərək oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Rusif Əhmədov saxlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər