“Azərişıq”dan xəbərdarlıq

azerisiqdan-xeberdarliq
Oxunma sayı: 2471

“Azərişıq” ASC istehlakçılara xəbərdarlıq edib.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün 91 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar Digah və Mehdiabad qəsəbələrinin bəzi ərazilərində saat 12:00-dan 15:00-a qədər elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranacaq.

“Azərişıq” ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.